Türkiyədə hərbi təyyarə düşdü, pilot həlak oldu

DÜNYA
16:21
7 Aprel 2021
93

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.

Sabah.az xəbər verir ki, “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarə yerli vaxtla saat 14:15-də Konyada qəzaya düşüb.

Qəza nəticəsində pilot şəhid olub. 

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəza ilə bağlı tvitter hesabında paylaşım edərək şəhidin yaxınlarına başsağlığı verib: “Konyadakı bir nümayiş təyyarəsinin təlim uçuşu əsnasında qəzaya düşdüyünü və pilotumuzun şəhid olduğunu çox böyük təəssüflə öyrəndim. Allahdan şəhidimizə rəhmət, ailəsinə, yaxınlarına, Türkiyə Silahlı Qüvvələrinə və millətinə başsağlığı diləyirəm”.

Xəbər lenti