Ümrə ziyarətinə icazə verildi, Səudiyyə tələbləri açıqladı

DÜNYA
13:47
6 Aprel 2021
98

Ümrə ziyarətinə ancaq peyvənd olunmuş və ya koronavirusa yoluxub sağalmış şəxslərə icazə veriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ümrəyə qəbul ediləcək şəxslər 3 kateqoriyaya ayrılıb: hər iki dozada peyvəndi olanlar, peyvəndin ilk dozasından bu yana ən az 14 gün keçənlər və koronavirusa yoluxub sağalmış şəxslər.

Yeni elan edilmiş qərara görə, yalnız göstərilən meyarlara cavab verənlər Məkkəyə qəbul ediləcək və ibadətlərini yerinə yetirə biləcəklər.

Digər tərəfdən bəhs edilən şərtlər Həzrəti Məhəmməd məscidini ziyarət edənlərə də şamil olunur.

 

Xəbər lenti