Ərdoğan Azərbaycana yeni səfir təyin etdi

DÜNYA
09:28
3 Aprel 2021
139

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni səfir təyin edib.

Sabah.az xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də dərc olunub. 

Belə ki, hazırkı səfir Erkan Özoral geri çağırılıb. Onun yerinə isə Cahit Bağçı təyin edilib.

Qeyd edək ki, Ərdoğanın qərarlarıyla ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin olunub.