Bağçalar da bağlanır?
Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb.
Nazirlikdən Sabah.az-a verilən məlumata görə, yeni qərar məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etmir.
Qeyd edək ki, sadalanan ərazilərdən əlavə digər şəhər və rayonlarda tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Daha çox