Ermənistan MTX-nın sabiq əməkdaşı özünü güllələdi

DÜNYA
11:13
31 Mart 2021
81

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş əməkdaşı atasının məzarında özünü güllələyərək intihar edib.

Sabah.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə 30 mart tarixində, saat 18:00 radələrində, ölkənin Vanadzor vilayətində yerləşən “Konqo” qəbiristanlığında baş verib.

31 yaşlı Hayk X. adlı zabit “Makarov” tipli tapançadan başına atəş açıb. Hadisə şahidləri təcili yardım çağırıblar və onu hospitala çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti