Milyarder helikopter qəzasında öldü

DÜNYA
12:26
29 Mart 2021
81

Çexiyanın ən varlı adamı Petr Kelner Alyaska ştatındakı Byutt şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində ölənlər arasında olub.

Sabah.az xəbər verir ki, bu barədə “Reuters” onun rəhbərlik etdiyi PPF şirkətinə istinad edərək məlumat verib.

Qəza nəticəsində azı beş nəfərin öldüyü bildirilib.

"Forbes"in dəyərləndirməsinə görə, 56 yaşlı Petr Kelner 17,5 milyard dollar sərvətə sahibdir.

Xəbər lenti