Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət necədir?

DÜNYA
12:51
27 Mart 2021
93

Rusiyada son sutka ərzində daha 8 885 nəfər koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 387 nəfər artıb.

Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 4 milyon 510 min 744 nəfər, virusdan ölənlərin sayı isə 97 404 nəfərdir.

Gürcüstanda sutka ərzində 490 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 279 936-ya çatıb. Virus səbəbindən ölənlərin ümumi sayı 3 784-dür.

Ermənistanda son sutkada daha 1 094 nəfər koronavirusa yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 189 540-a çatıb.

COVID-19-dan həyatını itirənlərin sayı daha 16 nəfər artaraq 3 434-ə çatıb. Ümumilikdə 170 903 pasiyent müalicə olunaraq sağalıb.

Xəbər lenti