Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı oldu

DÜNYA
16:35
23 Mart 2021
83

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistan ordusunda həyata keçirilən irimiqyaslı islahatları, Ermənistan-Rusiya hərbi əməkdaşlığını, Ermənistanın Syünik vilayətində həyata keçirilən təhlükəsizlik tədbirlərini, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini, hərbi-siyasi məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbər lenti