Ermənistanda itkin düşən hərbçilərdən biri öldü

DÜNYA
10:41
23 Mart 2021
66

Ermənistanda itkin düşən iki hərbçidən biri ölüb.

Sabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əsgər Karen Şahnazaryan xəstəxanaya çatdırılıb, lakin digər əsgər Aqasi Ovannisyanın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, martın 22-də Ermənistan Müdafiə Nazirliyi Cermux şəhərindəki hərbi hissələrdən birində iki əsgərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, martın 21-də güclü çovğunda döyüş məntəqəsindən qayıdarkən müqaviləli iki hərbçi qulluqçu ilə əlaqə itib.

Xəbər lenti