40 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlanır

SƏHİYYƏ
17:00
19 Mart 2021
147

"Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq". 

Sabah.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, Azərbaycanda indiyədək 500 mindən çox vaksin vurulub: "Bu günədək 50 yaş olan insanların vaksinasiyası həyata keçirilirdi. Növbəti həftənin 1-ci günündən başlayaraq yaşı 40-ın üzərində olan vətəndaşlarımız vaksinasiya prosesinə cəlb olunacaq. İri şəhərlərdə daha çox vaksinasiyaya önəm verəcəyik. Bakı-Sumqayıt-Abşeronda vaksinasiyanın daha sürətlə həyata keçirilməsi bizim əsas prioritetlərimizdən biridir. Hamını vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıram”.

Xəbər lenti