Döyüş meydanından qaçan erməni komandir həbs edildi

DÜNYA
14:27
18 Mart 2021
80

İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həbs edilib.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, batalyon komandiri müharibə vaxtı döyüş meydanını tərk edərək çox sayda hərbi qulluqçunun ölümü, əsir düşməsi və yaralanmasında təqsirləndirilir.

Qeyd olunub ki, İ.Vaqanyan döyüş əməliyyatları vaxtı öz funksiyalarını icra etməyib, özünün birbaşa rəislərinin əmrlərinə tabe olmaqdan imtina edərək özbaşına döyüş meydanını tərk edib. Nəticədə batalyonun şəxsi heyəti itkilər verib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti