İnsanlıq üçün təhlükəli viruslar ortaya çıxacaq - Alimlərdən xəbərdarlıq
Yer üzündə bundan sonra da yeni növ xəstəlik və virusların tüğyan etməsi təkrarlanacaq və qarşıdan gələn illər insanlığın immuniteti ilə virusların mübarizə dövrü olacaq.
Sabah.az “Medicina”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Kuzneçov koronavirusla bağlı Moskvada keçirilmiş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, yeni növ koronavirus epidemiyasının necə bitməsindən asılı olmayaraq, buna bənzər hadisələr yaxın gələcəkdə tez-tez baş verəcək. Və təhlükəlisi odur ki, nə tibb, nə dövlətlər buna hazır deyil:
“Hər belə alovlanmanı yeni kimi qəbul edəcəklər, mübarizə üsullarının olmamasını da buna görə bəhanə edirlər. Nə olsun ki, yenidir. Hər yeni virus dünyanı belə iflic etməlidir? Analoji vəziyyət sabah başqa ölkədə çıxa bilər. Kim zəmanət verir ki, 2 il sonra ABŞ-da olmayacaq? O zaman biz daha böyük itkilər verə bilərik. Bu virusda Çini birinci günahkar elan etmək olmaz. Burda problem bütün insanlığın məsələsidir”.
Daha çox