Ukraynanın yeni Baş naziri müəyyənləşdi

DÜNYA
21:20
4 Mart 2020
45

Aleksey Qonçarukun istefasından sonra Ukraynanın yeni Baş naziri müəyyənləşib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ali Radası bu gün keçirilən fövqəladə iclasda Baş nazirin keçmiş müavini Denis Şmıqalı hökumət başçısı təyin edib.

Qeyd edək ki, Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk istefa ərizəsini martın 3-də Ali Radaya göndərib. Onun gedişindən sonra isə Ukrayna Prezidenti Vladimir Zelenski Baş nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

Xəbər lenti