Türkiyə parlamentində əlbəyaxa dava düşdü - Video

DÜNYA
19:33
4 Mart 2020
80

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deputatlar arasında dava düşüb.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, əlbəyaxa dava Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlar arasında olub.

Bildirilir ki, CHP-li millət vəkili Engin Özkoç çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı sərt fikirlər səsləndirib. Bundan sonra isə gərginlik yaşanıb.

Xəbər lenti