Ermənistanda daha bir general Paşinyanın istefasını tələb etdi

DÜNYA
15:39
10 Mart 2021
87

Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandanı, general-mayor Qriqori Xaçaturov ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Xaçaturov bildirib ki, son üç ildə Baş Qərargahın dörd rəisinin N.Paşinyanın təşəbbüsü ilə dəyişdirilməsi onun səriştəsizliyinin və məsuliyyətsizliyinin göstəricisidir.

Xaçaturov hesab edir ki, N.Paşinyanın Ermənistana rəhbərlik etdiyi hər yeni gün dövlətin təhlükəsizlik sistemini sarsıdır və gələcəyini şübhə altına alır.

“Beləliklə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının 25 fevral 2021-ci il tarixli bəyanatını bir daha təsdiq edərək, yenidən N.Paşinyanın dərhal istefasını tələb edirəm”,- deyə o, bəyanatda qeyd edib.

Xəbər lenti