İrəvanda müxalifət yenidən mitinq keçirir

DÜNYA
16:42
6 Mart 2021
95

İrəvanın Baqramyan prospektində, Ermənistan parlamenti binasının qarşısında müxalifətin mitinqi başlayıb.

Sabah.az "TASS"a istinadən xəbər verir ki, hazırda aksiyada 2 minədək insan iştirak edir.

Həmçinin, Baş Qərargah rəisi Onik Qasparyana dəstək olaraq Müdafiə Nazirliyinin binası önündə mitinq keçirən keçmiş hərbçilər prezident sarayına doğru irəliləyir.

Qeyd edək ki, Ermənistanda Qarabağ məğlubiyyətindən sonra başlayan siyasi böhran fevralın 25-də baş qərargah rəisi və 40-dək hərbi rəhbərlik nümayəndəsinin baş nazir Nikol Paşinyandan istefa verməyi tələb etmələri ilə daha da kəskinləşib.

Xəbər lenti