"Hədəfimiz Qarabağda təhlükəsizliyi təmin etməkdir" - Ərdoğan

DÜNYA
15:52
4 Mart 2021
136

“Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq Zəfərlə azad edib. Bölgədə yeni dövrün qapılarını açıb”.

Sabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən 14-cü Zirvə toplantısında deyib.

“Bundan sonra başlıca hədəfimiz Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsinə yardımçı olmaq, 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmaqdır. Bu müddətdə təşkilat olaraq Azərbaycan ilə həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı sülh addımları ilə regional sabitliyin parçası olacağına ümid edirəm”, - dövlət başçısı bildirib.

Ərdoğan vurğulayıb ki, xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri heç vaxt qəbul etməyiblər və etməyəcəklər.

Xəbər lenti