Ermənistan prezidenti Baş Qərargah rəisi ilə görüşdü

DÜNYA
16:25
3 Mart 2021
124

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rəsmilər son hadisələrin yaratdığı gərgin vəziyyəti müzakirə ediblər.

Görüşdə verilən qərarlardan asılı olmayaraq, ölkənin təhlükəsizliyi və sabitliyinin birinci dərəcəli olduğu qeyd olunub.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı imzalamayıb. Bundan sonra Paşinyan yenidən Prezidentə təkrar müraciət ünvanlayıb.

Xəbər lenti