Çavuşoğludan təxirə salınan görüşün tarixi ilə bağlı açıqlama

DÜNYA
15:34
3 Mart 2021
87

“Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü ən qısa zamanda reallaşdırılacaq”.

Sabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstanın da torpaq bütövlüyünü dəstəkləyir.

Qeyd edək ki, fevralın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan görüş Gürcüstanda sabiq Baş Nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınmışdı.