Məktəblər bağlanır? - Nazirlikdən açıqlama
Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sabah.az-a açıqlamasında bildirib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur:
"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov feysbuk səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.
Daha çox