Kremldən Ermənistandakı vəziyyətlə bağlı - Açıqlama

DÜNYA
14:02
25 Fevral 2021
82

"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir".

Sabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü hadisələri Ermənistanın daxili işi hesab etdiklərini vurğulayıb.

Eyni zamanda Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raket kompleksi barədə dediklərinə münasibət bildirməyib.

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Paşinyan isə bu bəyanatdan sonra feysbuk hesabında canlı yayım açaraq Baş Qərargah rəisi Onik Gasparyanı istefaya göndərdiyini açıqlayıb. Həmçinin Baş nazir tərəfdarlarını Respublika Meydanına dəvət edib. Onun yerli saatla 16:00-da çıxış edəcəyi gözlənilir.

 

Xəbər lenti