Papa koronavirus yoxlanışından keçdi
Bir neçə gün əvvəl Roma Papası Fransisk xəstələnib və onun koronavirusa yoluxması ilə bağlı iddialar yayılıb.
Sabah.az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, bu səbəbdən də 83 yaşlı Fransisk tibbi yoxlanışdan keçib. Məlumata əsasən, Papa Fransisk koronavirus testinin nəticələri neqativ çıxıb və onda xəstəlik aşkarlanmayıb.
Xatırladaq ki, Roma Papası Fransisk bir neçə gün əvvəl baş tutan koronavirusa yoluxanlara dəstək toplantısından sonra xəstələnib. Vatikan bu səbəbdən Papanın bu günə nəzərdə tutulan bütün görüşlərinin təxirə salındığını açıqlayıb. Məlumatda bildirilib ki, o özündə yüngül narahatlıq hiss edir, evində istirahət edəcək. Tədbirdəki görüntülərdə onun tez-tez burnunu silməsi və asqırması diqqət çəkib.
Daha çox