Paşinyan hərbi çevrilişə qarşı xalqı meydana çağırdı

DÜNYA
12:38
25 Fevral 2021
108

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

Sabah.az xəbər verir ki, N.Paşinyan bu barədə feysbuk səhifəsində yazıb.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N.Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

Xəbər lenti