Ermənistan Baş Qərargahı Paşinyanın istefasını tələb edir

DÜNYA
12:25
25 Fevral 2021
58

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Sabah.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, bununla bağlı bəyanat yayılıb.

Baş Qərargah rəisi Onik Gasparyan, onun bütün müavinləri, şöbə müdirləri və bütün hərbi birləşmələrin komandirləri tərəfindən imzalanan açıqlamada, Baş Qərargahın uzaqgörən və əsassız addımlara, xüsusən də Baş Qərargah rəisinin birinci müavininin vəzifədən çıxarılmasına qarşı kəskin etirazı ifadə edilib.

Hərbçilər hesab edir ki, Tiran Xaçatryanın vəzifəsindən kənarlaşdırılması qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib.

Bəyanatda ölkənin baş nazirinin bu qərarı dövlətə qarşı məsuliyyətsiz addım kimi adlandırılıb. Həmçinin Ermənistan Baş naziri və hökumətinin mövcud kritik məqamda adekvat qərarlar qəbul edə bilmədiyi vurğulanıb.

Xəbər lenti