Ermənistanda əsgərlər hərbi xidmətdən yayınır

DÜNYA
14:35
24 Fevral 2021
68

Ermənistanda əsgərlər hərbi xidmətdən yayınmağa çalışır.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə hərbi hissələrdən birində əsgərlər məzuniyyətdən qayıtmamağa cəhd ediblər.

Qeyd olunub ki, ötən bir qrup əsgər və onların qohumları hərbçilərin daimi dislokasiya məntəqələrinə qayıtmasının qarşısını almağa çalışıb, nəticədə hərbi hissənin ərazisində iğtişaş baş verib, vəziyyətdən istifadə edən bir neçə əsgər hərbi hissəni icazəsiz tərk edib.

Faktla bağlı istintaq aparılır, hərbi polis əsgərləri axtarır.