“Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq”

DÜNYA
16:56
23 Fevral 2021
84

“Gürcüstanı “3+3” platformasına qatılması üçün razı salmağa çalışırıq”.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşdən sonra keçirilən ortaq mətbuat konfransında bildirib.

“Cənab Əliyevin “3+3” formatı ilə bağlı bir təklifi oldu. Gürcüstanın da bu platformada iştirakını razılaşdırmaq istiqamətində səylərimiz davam edir. Orada hazırda hökumət dəyişikliyi baş verib. Bu səbəbdən Azərbaycanda planlaşdırdığımız üçtərəfli görüşü təxirə salmalı olduq. Ümid edirəm, Gürcüstan da bu platformada iştirak edəcək”,- deyə Türkiyə XİN başçısı qeyd edib.

Xəbər lenti