Daha bir ölkədə koronavirus aşkarlandı
00:21
4 Mart 2020
200Argentinada ilk dəfə koronavirusa (Covid-19) yoluxma halı qeydə alınıb.
Sabah.az xəbər verir ki, bu barədə sözügedən ölkənin səhiyyə naziri Qines Qonzales Qarsiya məlumat verib.
Onun sözlərinə görə, virus martın 1-də İtaliyadan gəlmiş 43 yaşlı Argentina vətəndaşında qeydə alınıb.
Bildirilir ki, həmin şəxs paytaxt Buenos Ayresdəki bir özəl xəstəxanada karantində saxlanılır.
Daha çox