4 məktəb koronavirusa görə bağlanıb

TƏHSİL
15:03
23 Fevral 2021
433

"Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür".

Bu barədə Sabah.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Xəbər lenti