İrəvanda növbəti aksiya, 50-dən çox etirazçı saxlanıldı

DÜNYA
13:38
23 Fevral 2021
113

Ermənistanda hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçirilib.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, İrəvanda səhər saatlarından başlayan aksiyada etirazçılar Baş nazir Nikol Paşinyan istefasını tələb edən şüarlar səsləndirərək hökumət binasına daxil olmağa çalışıb.

Polis 3 saylı hökumət binasının qarşısında toplaşan aksiya iştirakçılarından 51-ni saxlayaraq bölmələrə aparıb.

Xəbər lenti