İtaliyanın Konqodakı səfiri öldürüldü

DÜNYA
16:07
22 Fevral 2021
96

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri silahlı hücum nəticəsində öldürülüb.

Sabah.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfir Luka Attanasio Konqo şəhəri yaxınlığında BMT konvoyuna edilən hücumda qətlə yetirilib. Hadisə nəticəsində üç nəfər həlak olub. Eyni zamanda səfiri müşayiət edən polis əməkdaşlarından biri də yaralanıb.

Hücumun BMT işçilərini qaçırmaq məqsədi daşıdığı bildirilib. 

Xəbər lenti