Nazirlikdən məktəblərdə dərs sayının artırılması xəbəri ilə bağlı - Açıqlama

TƏHSİL
15:55
20 Fevral 2021
5554

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında dərs cədvəlinin məktəb səviyyəsində tərtib edildiyini yazıb.

Nazirlik rəsmisi bildirib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.

Xatırladaq ki, bu gün məktəblərdə əyani dərslərin sayının artırılacağı ilə bağlı məlumat yayılmışdı.

Xəbər lenti