Ermənistanda əhalinin yarısı Paşinyanın istefasını tələb edir

DÜNYA
16:30
19 Fevral 2021
84

Ermənistan əhalisinin 43,6 faizi baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu hesab edir.

Sabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə "Gallup" agentliyinin keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.

Ötən ilin noyabrında keçirilmiş rəy sorğusunda N.Paşinyanın istefasını 35 faiz respondent tələb edirdi. Noyabrdan sonra keçirilən sorğuda isə baş nazirin istefasını tələb edənlərin sayı artaraq 43,6 faiz təşkil edib.

Rəyi soruşulan ölkə vətəndaşlarının 38,8 faizi baş nazinin işinə davam etməli olduğunu bildirsə də, 17,6 faiz cavab verməkdə çətinlik çəkib.

Bundan başqa, Qarabağ müharibəsi ilə bağlı rəy sorğusunda respondentlərin 32 faizi məğlubiyyətdə əvvəlki hökumətləri, 28,8 faizi isə Paşinyan hökumətini günahlandırıb.

Qeyd edək ki, fevralın 20-də Ermənistanda Nikol Paşinyanın istefası və növbədənkənar parlament seçkiləri tələbi ilə etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

Xəbər lenti