Bu şəhərdə ictimai nəqliyyat pulsuz olacaq - Ancaq qadınlar üçün

DÜNYA
22:17
3 Mart 2020
179

Martın 8-də Rusiyanın paytaxtı Moskvada qadınlar üçün ictimai nəqliyyatdan istifadə pulsuz olacaq.

Sabah.az xəbər verir ki, bu qərarı Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov verib.

Onlar bu jesti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ediblər.

Bildirilir ki, gün ərzində Moskva və Moskva ətrafı rayonlarda xanımlar bütün növ nəqliyyat vasitələrindən, o cümlədən şəhər qatarlarından pulsuz istifadə edə biləcəklər.

Xəbər lenti