Ərdoğan Putinlə Birgə Məzkəzin fəaliyyətini müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Söhbət zamanı Ərdoğan Dağlıq Qarabağda yenidənqurma işlərinin davam etdiyini, nəqliyyat-kommunikasiya xətlərinin məhsuldarlığı üçün 3 ölkə mütəxəssislərinin bir araya gələ biləcəyini bildirib.
Ağdamdakı Birgə Mərkəzin atəşkəsə nəzarət və monitorinq vəzifəsini uğurla yerinə yetirdiyini qeyd edən Ərdoğan, atəşkəsin qorunması üçün hər mövzuda ortaq səylərin göstərilməli olduğunu qeyd edib.
Həmçinin tərəflər Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Daha çox