Zalkalianinin Bakıya səfər proqramı açıqlandı
10:30
18 Fevral 2021
90Gürcüstan XİN başçısı David Zalkalianinin Azərbaycana səfər proqramı açıqlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq Zalkaliani Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
D.Zalkaliani Bakıda Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.
Qeyd olunub ki, nazirlərin üçtərəfli görüşü çərçivəsində D.Zalkaliani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək.
Daha çox