Azərbaycanla Rusiya arasında aviauçuşlar bərpa olunur

TURİZM
09:30
15 Fevral 2021
130

Rusiya bu gündən etibarən rəsmi olaraq Azərbaycanla müntəzəm aviareysləri bərpa edir.

Sabah.az TASS-a istinadən xəbər verir ki, müvafiq qərar fevralın 3-də Rusiya Federasiyası hökuməti tərəfindən qəbul edilib.

Hər iki ölkənin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Şirkətlərin açıqladığı qərara əsasən, uçuşlar fevralın 17-dən etibarən təşkil ediləcək.

Hazırda turistlər üçün Azərbaycana giriş bağlıdır. Ölkəyə giriş imkanlarına yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkədə iş icazəsinə və ya yaşamaq üçün sənədə malik olan əcnəbilər, həmçinin tələbələr malikdir.

Vətəndaşların bütün kateqoriyaları iki həftəlik karantin rejimindən keçməli olacaqlar.

Qeyd edək ki, pandemiya səbəbindən ölkələr arasında aviauçuşlar keçən ilin martından dayandırılıb.

Xəbər lenti