Ərdoğan Azərbaycanla bağlı daha bir sazişi təsdiqlədi

DÜNYA
13:18
11 Fevral 2021
91

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiqləyib.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş” 2018-ci ilin 25 aprel tarixində Ankarada imzalanıb.

Xəbər lenti