Rusiya XİN-dən Birgə Mərkəzlə bağlı açıqlama

DÜNYA
12:25
10 Fevral 2021
61

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Tass” agentliyinə müsahibəsində Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi mövcudluğu məsələsinə toxunub.

Sabah.az xəbər verir ki, jurnalistin “Qarabağdakı münaqişədən sonra Türkiyənin Cənubi Qafqazda hərbi varlığının güclənməsindən qorxmuruqmu?”,- sualına Rudenko belə cavab verib:

“Ankara ilə bölgədəki qarşılıqlı hərbi fəaliyyətimizin 30 yanvar tarixindən bəri Ağdam bölgəsində fəaliyyət göstərən Dağlıq Qarabağ Münaqişə Zonasındakı Atəşkəsə Nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzi çərçivəsində qurulduğunu düşünürük. Belə bir mərkəzin açılmasını bölgədəki vəziyyətin normallaşdırılmasına yönəlmiş birgə səylərin yaxşı bir nümunəsi kimi qiymətləndiririk”.

Xəbər lenti