Ermənistanda daha bir zəlzələ oldu

DÜNYA
13:47
6 Fevral 2021
83

Ermənistanda son sutkada üçüncü dəfə zəlzələ qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin Ərazi Seysmoloji Müdafiə Xidməti yayıb.

Bildirilib ki, Ermənistanın şimal-şərqində Geqarkunik vilayətinin Şorja kəndində 2-3 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla 19:36-da Şorja kəndində 10 km dərinlikdə 4,7 bal gücündə zəlzələ olub. Geqarkunikdə 5-6 bal, Kotayk, Tavuş, Lori və Ararat yaşayış məntəqələrində 4-6, Yerevanda isə 3-4 bal gücündə zəlzələ baş verib. Episentrdə isə yeraltı təkanların gücü 6-7 bal olub.

Ermənistanın Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə yeraltı təkanların təkrarlanacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti