Koronavirusa görə diz çöküb xalqdan üzr istədi - Foto

DÜNYA
01:54
3 Mart 2020
255

Cənubi Koreyada koronavirusun ölkədə sürətə yayılmasının səbəbi olaraq göstərilən Şinçeonji dini triqətinin qurucusu Li Man-hi xalqdan üzr istəyib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkil olunan mətbuat konfransında dizləri üstə çökərək üzrxahlıq edib. O həmçinin bildirib ki, yeni koronavirusla (COVID-19) bağlı nəticələri neqativ çıxıb və onda virus aşkarlanmayıb.

Mənbədə bildirilib ki, Cənubi Koreyada sayı 4 mindən çox olan koronavirusa yoluxmuş şəxslərin təxminən 60 faizi sözügedən dini təriqədə mənsub olanlardır. Virus aşkarlanan şəxslərdən 26-sı da ölüb.

Həmçinin qeyd olunub ki, hökumətlə birgə virusa qarşı mübarizə aparmağı rədd etmiş Şinçeonji təriqəti bəzi məlumatları da gizlətmişdi.

Xəbər lenti