Paşinyanın xanımı ABŞ-da satqın kimi qarşılandı - Video

DÜNYA
14:48
1 Fevral 2021
115

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı ABŞ-ın Los-Anceles hava limanında yerli erməni diasporunun nümayəndələri etiraz aksiyası ilə qarşılayıb.

Sabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 

“Onu “Ali satqının arvadı!” şüarı yazılan plakatla qaşıladıq. O, başıaşağı, sifəti qızarmış şəkildə keçib getdi. Onlar bilməlidir ki, hara getsələr, belə səhnə ilə qarşılaşacaqlar. Əllərində müharibədə ölənlərin, əlillər və hər şeyi itirənlərin qanı olduğuna inanırıq", - deyə diasporun təmsilçisi Robert Markaryan bildirib.

Agentlikdən bildirilib ki, Anna Akopyanın doğum günü ərəfəsində ABŞ-a səfərinin məqsədini öyrənmək mümkün olmayıb. Onun köməkçiləri Ester Saakyan və Alina Karapetyan zənglərə cavab verməyib.

Xəbər lenti