Ermənistanda daha bir məmur istefa verdi

DÜNYA
12:34
1 Fevral 2021
59

Ermənistanda Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Narek Babayan tutduğu vəzifədən istefa verib.

Sabah.az xəbər verir ki, bu barədə Babayanın özü “Hraparak” qəzetinə məlumat verib.

Bundan əvvəl nəşr bir sıra mənbələrə istinadən məlumat vermişdi ki, Babayanın istefa səbəbi onun Baş nazir Nikol Paşinyanla birbaşa təmasını qadağan edən Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyanla gərgin münasibətləri olub. Ehtimal edilib ki, komitə sədri vəziyyətəndən çıxışı istefa ərizəsi yazmaqda görüb.

Babayan özü bu məlumatı inkar etsə də, istefa səbəbinə dair təfərrüat vermədən bunun işgüzar səbəblə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, rəsmi qurumlar məsələyə münasibət bildirməyib.

Xəbər lenti