Naxçıvanda da məktəblər bağlanacaq? - Açıqlama

TƏHSİL
00:47
3 Mart 2020
267

Naxçıvanda məktəblər bağlanmayacaq.

Sabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, muxtar respublikanın bütün təhsil müəsisələrində tədris və  təlim-tərbiyə prosesi dayandırılmayacaq. Bildirilib ki, muxtar respublikanın bütün ali və orta ixtisas, eləcə də ümumitəhsil məktəblərində hər il olduğu kimi bu ildə lazımı  tibbi profilaktik və dezinfeksiyaedici tədbirlər ən yüksək səviyyədə aparılıb. Və bu proses bu gün də müvafiq qaydada  davam etdirilir. Muxtar respublikada koronavirus infeksiyasına hər hansı bir yoluxma faktı yoxdur. Bununla əlaqədar hər hansı ciddi təhlükə də müşahidə olunmur.

Qeyd olunub ki, bəzi informasiya saytlarında martın 3-dən Naxçıvan Muxtar Respublikasında da təhsil və tədrisin dayandırılması ilə bağlı yanlış və əsassız informasiyalar yayılıb. Təhsil Nazirliyi bildirir ki, muxtar respublikanın orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəsisələrində dərslər tədris qrafikinə uyğun olaraq davam etdiriləcək.

Xəbər lenti