“Növbəti həftə dərslərin başlaması ilə bağlı açıqlamalar olacaq”
“Bütün fənlərin tədrisinin əyani şəkildə təşkilinin tərəfdarıyıq”.
Sabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, növbəti həftə bununla bağlı açıqlamalar olacaq:
"V-IX siniflər məktəbə qayıtdıqdan sonra sıxlıq olacaq. Operativ Qərargahdan olan həmkarlarımızla birgə müzakirə aparıb, qərar verəcəyik. Yaxın gələcəkdə valideynlər bununla bağlı məlumat alacaqlar. Düşünürük ki, valideynlər bir həftə əvvəl övladının dərsə getməsi ilə bağlı məlumatlı olmalıdır".
Daha çox