Uşaq bağçaları fevralın 15-dək açılacaq?

TƏHSİL
16:37
30 Yanvar 2021
163

"Ümid edirik ki, bağçalar fevralın 15-dək açılacaq".

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bunu istəyirlər, amma bu, istək məsələsi deyil: “Bağçaların birinci mərhələdə açılamamasının səbəbi odur ki, bu barədə qərar verəndə yoluxma sayı hələ yuxarı idi. Saylarla bağlı azalmalar var. Yəqin növbəti iş həftəsində  müəyyən qərarlar verilə bilər”.

Xəbər lenti