Dəniz quldurları tərəfindən qaçırılan 3 dənizçi İstanbula gətirildi

DÜNYA
10:50
30 Yanvar 2021
65

Yanvarın 23-də Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” gəmisindən xilas edilən üç dənizçi İstanbula gətirilib.

Sabah.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, dənizçilər Furkan Yaren, Bahadır Yeşilalan və İlhan Süha Tatlıgül təyyarə ilə vətənə gətirilib.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurlarının "Mozart"a basqını nəticəsində gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, bir nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılov olub. Onun nəşi yanvarın 27-də ölkəmizə gətirilib və Siyəzəndə torpağa tapşırılıb.

Xəbər lenti