ÜST-ün əməkdaşı da koronavirusa yoluxdu

DÜNYA
23:26
2 Mart 2020
88

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı koronavirusa (Kovid-19) yoluxub.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Cenevredə keçirilən brifinqdə məlumat verib.

"ÜST-ün İrandakı regional nümayəndəliyinin əməkdaşının yeni koronavirusla bağlı analiz nəticələri müsbət çıxıb. Onun xəstəliyi orta-ağır dərəcədədir", - deyə baş direktor bildirib.

O qeyd edib ki, təşkilatın ekspert qrupu bazar ertəsi günortadan sonra İrana çatıb, ölkəyə əlavə tibbi ləvazimatlar çatdırıb və hökumətə koronavirusla mübarizədə dəstək verəcək.

Xəbər lenti