Ohanyan dövlət vəsaitini mənimsəmədə suçlanır - 2 milyon dollar

DÜNYA
21:47
2 Mart 2020
97

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Sabah.az TASS-a istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti S. Ohanyana qarşı külli miqdarda dövlət vəsaitini israf etmək ittihamını irəli sürərək onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçilib.

İstintaq məlumatında qeyd olunub ki, keçmiş nazir vəzifədə olduğu 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən saxtakarlığa yol verib. S. Ohanyan bu yolla 3.6 milyard dram (təxminən 2 milyon dollar) mənimsəyib. Belə ki, həqiqi dəyəri 4 646 400 000 dram olan QSC 1.046.400.000 drama özəlləşdirilib və dövlətə külli miqdarda ziyan vurulub. 

Qeyd edək ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Xəbər lenti