Trampın impiçmenti haqqında qətnamə Senata təqdim olundu

DÜNYA
09:25
26 Yanvar 2021
55

ABŞ Konqresinin aşağı palatasının nümayəndələri ölkənin keçmiş Prezidenti Donald Trampın impiçmenti haqqında qətnaməni Senata təqdim ediblər.

Sabah.az xəbər verir ki, Nümayəndələr Palatasından olan ittihamçılar imzalanmış qətnaməni Kapitolinin bir qanadından digərinə - Senatın iclasının olduğu yerə apardığını yerli telekanallar da nümayiş etdirib.

Vəziyyətin görünməmiş olması ondan ibarətdir ki, ölkə tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduruna iki dəfə eyni Prezident məruz qalır. Qətnamədə bir ittiham maddəsi var - qiyama təhrik.

İmpiçment prosesinin özü fevralın 8-dən sonra başlayacaq.

Xəbər lenti