Putin Navalnının hazırladığı filmə münasibət bildirdi - Video

DÜNYA
16:49
25 Yanvar 2021
140

Rusiya Prezidenti Vladimir Putin müxalif bloger Aleksay Navalnının onun haqqında araşdırması olan “Putinin sarayı” (“Дворец для Путина”) filminə münasibət bildirib.

Sabah.az xəbər verir ki, Vladimir Putin “Tatyanin den” münasibəti ilə ali məktəb tələbələri ilə videokonfrans formatında görüşündə məlum videonun montaj olduğunu deyib:

“Orada hansısa hovuzu göstərirlər. Göstərirlər ki, mən həmin hovuzda üzürəm. Amma mən heç vaxt o hovuzda olmamışam. “Butterflay” formasında isə 2016-cı ildə Yenisey çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”.

Rusiya Prezidenti həmin filmdə adı çəkilən şəxslərdən kimlərisə tanıdığını, kimlərisə qətiyyən tanımadığını bildirib: “Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin elələri də var ki, ümumiyyətlə, tanımıram. Mən heç vaxt bizneslə məşğul olmamışam. Mənim həmkarlarım arasında isə bizneslə məşğul olanlar var, misal üçün Donald Tramp biznesmendir”.

V.Putin filmdə əksini tapmış sarayın ona məxsus olmadığını da vurğulayıb: “Bu filmi sadəcə bu cür məlumatları izləmək üçün boş vaxtım olmadığına görə izləmədim, köməkçilərin mənə gətirdiyi video seçimlərə göz gəzdirdim. İddia edilən saray nə mənim, nə də mənim hansısa yaxın qohumumundur".

Xəbər lenti